"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Hesabat dövründə 2000-nəfərdən çox vətəndaş qəbul edilmişdir”

--2023-02-24 / 06:37

“Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir””- bu sözləri Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova bildirib.

Sədrin sözlərinə görə, hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 584 məktub, müraciət, sərəncam və digər sənədlər və vətəndaşlardan daxil olmuş 124 ərizə-müraciət əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 346-04-02) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.

Bələdiyyədə hesabat dövründə 2000-dən az olmayaraq vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 420 nəfər vətəndaş qəbul edilərək dinlənilmilşdir.

Belediyye.info

ŞƏRHLƏR